Bir çoxları düşünür ki, ucuz təyyarə bileti tapmaq şans məsələsidir. Əslində isə doğru günü seçməklə də səyahəti münasib və əlçatan etmək mümkündür. Aviabilet qiymətləri günbəgün, hətta saatbasaat dəyişir.
Səyahət etməzdən əvvəl hamı axtarışlara başlayır. Bəzilərin axtarışı nəticəsiz qalsa da, israrla axtardığını tapanlar da az deyil. Tez-tez səfər edənlər bu işdə ən az turizm ekspertləri qədər püxtələşiblər. Xüsusən də bu insanların təcrübələrinə əsasən insanlar belə qənaətə gəliblər ki, çərşənbə axşamı və çərşənbə günü biletlər daha ucuz ola bilər.
Çünki ötən həftənin sonunda kifayət qədər bilet satılmayanda biletlərin qiymətində endirim edirlər. Bazar ertəsi günü edilən endirimlər isə səhəri gün, yəni, çərşənbə axşamı, qalıq olarsa bir gün də artıq satışa çıxarılan biletlərə şamil olunur.
Bundan başqa, səhər çox erkən və gecə saatlarında ucuz biletlər əldə etmək mümkündür.
Cümə və şənbə günlərində daha baha olur, çünki bu günlərdə insanlarda səyahət tələbatı daha yüksəkdir.
Bəs bütün bu deyilənlər reallılıqdır, yoxsa şəhər əfsanələri?
Bizim.Media-nın bir neçə yerli turizm şirkətləri arasında apardığı sorğuya əsasən həftənin müəyyən günləri və saatlarında təyyarə biletlərini daha ucuz əldə etmək mümkündür, amma bu, sabit bir qayda deyil. Çünki aviabilet qiymətləri dəyişkəndir və buna bir çox amillər – mövsüm, hava şəraiti, bayram ərəfəsi və s. səbəb ola bilər. Amma həftə sonlarında və ya tətil günlərində qiymətlərin nisbətən baha olması fikri doğrudur.
Turizm şirkətlərinin tövsiyələrinə görə, konkret günlərə bağlı qalmaqdansa, tez-tez qiymətləri yoxlamaq və bildirişlər almaq ən yaxşı strategiyadır.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:20 / 16.12.2025
Ucuz təyyarə BİLETİNİN SİRRİ - Həftənin hansı günləri almaq daha sərfəlidir?
Hazırda oxunan: Ucuz təyyarə BİLETİNİN SİRRİ - Həftənin hansı günləri almaq daha sərfəlidir?
Hazırda oxunan: Ucuz təyyarə BİLETİNİN SİRRİ - Həftənin hansı günləri almaq daha sərfəlidir?
585674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































