Ölkəyə pul köçürmə sistemləri vasitəsilə bu ilin ilk 9 ayında cüzi artım olub. Belə ki, dövr ərzində ölkəyə 850 milyon dollar pul baratı (0,2 faiz artım) daxil olub.
Bizim.Media xəbər verir ki, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqə deyib.
Azərbaycana ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:
Rusiya - 344 milyon ABŞ dolları;
Türkiyə- 140 milyon ABŞ dolları;
ABŞ - 74 milyon dollar;
Birləşmiş Krallıq - 31 milyon ABŞ dolları;
Gürcüstan - 30 milyon ABŞ dolları.
S. Nəsirov vurğulayıb ki, dövr ərzində Azərbaycandan xaricə köçürülmüş pul baratlarının həcmi 361 milyon dollar olub.
Azərbaycandan ən çox pul köçürmələrinin ölkələr üzrə bölgüsü belə olub:
Türkiyə - 104 milyon dollar;
ABŞ - 55,8 milyon dollar;
Rusiya - 34 milyon dollar;
Birləşmiş Krallıq - 20 milyon dollar;
Gürcüstan - 19,8 milyon dollar.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:37 / 15.12.2025
Azərbaycana və xaricə pul köçürmələrinin HƏCMİ – MƏBLƏĞLƏR
Hazırda oxunan: Azərbaycana və xaricə pul köçürmələrinin HƏCMİ – MƏBLƏĞLƏR
Hazırda oxunan: Azərbaycana və xaricə pul köçürmələrinin HƏCMİ – MƏBLƏĞLƏR
585600
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































