Broyler toyuqlarının yumurtasının qiyməti artıb.
Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, qiymətlərdə son bir neçə gündə 5-7 qəpik artım müşahidə olunur. Onlar bildirirlər ki, hazırda broyler yumurtası 20 qəpiyə satılır.
Satıcılar qiymət artımını müxtəlif səbəblərlə əlaqələndirirlər. Alıcılar da qiymətin artdığını təsdiqləyirlər.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, broyler toyuqlarının yumurtasının bahalaşmasının bir səbəbi də tələbatın artmasına görədir.
Qeyd edək ki, kənd yumurtasının qiyməti isə 50 qəpiyə kimi artıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
08:48 / 15.12.2025
Azərbaycanda broyler yumurtaları BAHALAŞDI – VİDEO
Hazırda oxunan: Azərbaycanda broyler yumurtaları BAHALAŞDI – VİDEO
Hazırda oxunan: Azərbaycanda broyler yumurtaları BAHALAŞDI – VİDEO
585549
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































