Serbiya şirkətləri Qarabağın bərpasına cəlb olunacaq

Serbiya şirkətləri Qarabağın bərpasına cəlb olunacaq

Hazırda oxunan: Serbiya şirkətləri Qarabağın bərpasına cəlb olunacaq

58481

"Bu il Serbiya hökuməti Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq layihələrinə ölkəsinin tikinti şirkətlərini cəlb etməyi nəzərdə tutur". 

Bizim.Media xəbər verir ki, bunu “Report”a Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavliyeviç bildirib. 

“Azərbaycanla iqtisadi və ticari əməkdaşlıqdan əlavə, Serbiya həm də enerji, turizm, mədəniyyət, təhsil, idman kimi sahələrdə əməkdaşlığı daha da genişləndirməyə çalışacaq. Konkret olaraq iqtisadiyyat və ticarətlə bağlı mövcud olan layihələr çərçivəsində əməkdaşlığı davam etdirmək və gücləndirmək nəzərdə tutulur ki, bunun bir vasitəsi də işğaldan azad olunmuş ərazilərin bərpa və yenidənqurma işlərinə Serbiyanın tikinti şirkətlərini cəlb etmək ola bilər” – o deyib. 

Onun fikrincə, hazırda hazırlıq işləri görüldüyü birbaşa təyyarə uçuşlarının açılması turizm əlaqələrinin daha da artması baxımdan mühüm əhəmiyyət daşıyır. 

“Bu il Serbiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin 25 yaşı tamam olduğunu unutmayaq. Bu, dostluğumuzu, birgə dəyərlərimizi irəli aparmaqla bağlı fəaliyyətlərə əlavə güc qazandırır”, - D.Vladislavliyeviç diqqətə çatdırıb. 
Səfir bundan əlavə, Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) Serbiyanın “Balkan Polymers” şirkəti arasında əməkdaşlıq əlaqələrinin qurulduğunu, Azərbaycandan ilk polimer yüklərinin Serbiyaya çatdırıldığını da qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO