Bu avtomobillərin sahibləri əlavə rüsum ödəməlidir - YOXLAMALAR BAŞLADI

Bu avtomobillərin sahibləri əlavə rüsum ödəməlidir - YOXLAMALAR BAŞLADI

Hazırda oxunan: Bu avtomobillərin sahibləri əlavə rüsum ödəməlidir - YOXLAMALAR BAŞLADI

582805

"Azərişıq" ASC elektrikli avtomobillər üçün qarajlarda quraşdırılmış enerjidoldurma cihazlarına nəzarət və yoxlamalara başlayıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb.
 

Artıq yaşayış məntəqələrinin qarajlarında quraşdırılmış hər bir cihazın enerji xətti ayrıca yoxlamadan keçirilir. Belə ki, əgər sakinlər avtomobillərini binanın ümumi elektrik şəbəkəsindən və ya mənzilin sayğacından birbaşa xətt çəkərək doldururlarsa, həmin xətt dərhal şəbəkədən ayrılacaq.


Qarajlarda elektrik enerjisi ilə bağlı yoxlamalar aparılmadan əvvəl mülkiyyət sənədinin olması vacibdir. Qarajınızın mülkiyyət sənədini (çıxarış) təqdim edərək Asan Kommunala müraciət etməlisiniz.

Bundan sonra, əraziyə və transformatora baxış keçirilir. Əgər uyğunluq təsdiqlənərsə, texniki şərt verilir və sayğac sifariş edilir.

Həmçinin, enerji haqqı ilə bağlı müəyyən rüsumlar mövcuddur:

10 kVt-a qədər olan güc üçün 40 AZN/1 kVt,

10 kVt-dan çox olan güc üçün isə 60 AZN/1 kVt.

Bu dəyişikliklər, "Azərişıq"ın elektrikli avtomobillərin yük şəbəkəsinə qoşulmasını düzgün tənzimləyərək, şəbəkənin təhlükəsizliyini təmin etməyə yönəlib. (Bakupost.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO