Bəzi ərazilərdən heyvan və quş əti idxalına MƏHDUDİYYƏT QOYULDU

Bəzi ərazilərdən heyvan və quş əti idxalına MƏHDUDİYYƏT QOYULDU

Hazırda oxunan: Bəzi ərazilərdən heyvan və quş əti idxalına MƏHDUDİYYƏT QOYULDU

582364

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Dolj kantonunda xırdabuynuzlu heyvanların çiçək xəstəliyi, Polşanın Opolsk və Slask inzibati ərazilərində Nyukasl xəstəliyi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Şotlandiyanın Cənubi Lanarkşir inzibati ərazi vahidində və Uelsin Pouis kantonunda, Almaniyanın Hessen vilayətində, Portuqaliyanın Porto və Lissabon dairələrində, Niderlandın Şimali Hollandiya əyalətində, Danimarkanın Mərkəzi Danimarka regionunda isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
 

Respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması üçün həmin ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.


Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO