1 ay qaldı - Alan udur, satan uduzur

1 ay qaldı - Alan udur, satan uduzur

Hazırda oxunan: 1 ay qaldı - Alan udur, satan uduzur

582136

Maşın bazarında durğunluq ayı başlayır. Elə bir vəziyyət yaranıb ki, qiymətlərin kəskin bahalaşmasına bir ay qalır. Bir aydan həm təzə, həm köhnə, dizel, benzin, hibrid və elektrik maşınların qiyməti artacaq. Gələn ildən maşın bazarında yeni dövr başlayır. Buna görə də, avtomobil sahibləri maşınlarını satmaq istəmir, alıcılar isə fürsəti dəyərləndirmək istəyir.

Bizim.Media xəbər verir ki, bu artımın ilk səbəbi hibrid və elektrikli maşınlara tətbiq edilən güzəştlərin ilin sonunda başa çatmasıdır.
 

Güzəştlərin bitməsi həmin maşınların xeyli bahalaşacağını deməyə əsas verir. İkinci səbəb isə idxal edilən avtomobillər üçün aksiz vergisinin hesablanma qaydasının dəyişməsidir.


Bu dəyişiklik maşınların qiymətinə birbaşa təsir edəcək. Üçüncü və ən ciddi səbəb Çində qəbul edilən qərardır. Pekin artıq 2026-cı ildən etibarən yeni avtomobillərin ucuz qiymətlə alınıb dərhal ölkədən çıxarılmasının qarşısını alacaq. Heç bir böyük şirkət rəsmi icazə vermədən maşınların ixracına imkan tanımayacaq. Bununla da paralel idxal yolları faktiki olaraq bağlanacaq.

Azərbaycana gələn yeni Çin avtomobillərinin böyük hissəsini gətirən qeyri rəsmi idxalçılar artıq bu işi əvvəlki kimi edə bilməyəcək.

Əgər onlar maşın gətirmək istəsələr ya altı aydan çox sürülmüş köhnə avtomobillərlə kifayətlənməli olacaqlar ya da rəsmi icazə almağa çalışacaqlar ki bu da xərcləri daha da artıracaq.

Nəticədə bazara gələn Çin maşınlarının sayı azalacaq. Təklif azalanda qiymət artır. Bu da o deməkdir ki paralel idxal yolu ilə gətirilən ucuz maşınlar tədricən bazardan çəkiləcək. Rəsmi dilerlərin mövqeyi güclənəcək və insanlar yalnız zəmanətli avtomobillərə üstünlük verəcək. Beləliklə bahalaşma qaçılmaz olacaq.

Hazırkı durumda satıcılar gözləmə mövqeyinə keçib. Satıcılar hesab edir ki, bir aydan sonra qiymətlər kəskin qalxacaq və buna görə də indiki bazar dəyərindən aşağı satmaq istəmirlər. Alıcılar isə bilirlər ki bahalaşma qaçılmazdır və ona görə də mövcud qiymətlərlə avtomobil almağa can atırlar. Bu uyğunsuzluq bazarda vəziyyəti dəyişir və durğunluq günbəgün daha da hiss olunur. Yanvar həm avtomobil alıcıları üçün, həm də satıcılar üçün dönüş ayı olacaq. Alıcılar bu gün gördükləri qiymətləri gələn ay tapa bilməyəcəklər.

Bütün bu proseslər onu göstərir ki, maşın bazarında başlayan durğunluq qısa müddət sonra bahalaşma ilə əvəzlənəcək.

Təklifin azalması, rəsmi qaydaların sərtləşməsi və paralel idxalın demək olar ki dayanması qiymətləri qaçılmaz şəkildə yüksəldəcək. Gələn ilə bir ay qalmış avtomobil alan da, satan da artıq bilir ki bazarda yeni dövr başlayır və bu dövrün əsas göstəricisi qiymət artımı olacaq. (Milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO