Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 2 dəfədən çox ARTIB

Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 2 dəfədən çox ARTIB

Hazırda oxunan: Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsi 2 dəfədən çox ARTIB

581812

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla Özbəkistan arasında 472 milyon 548 min ABŞ dolları dəyərində ticarət əməliyyatları baş tutub.

Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

10 ayda Özbəkistanla ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,42%-ni təşkil edib.
 

Dövr ərzində Azərbaycandan Özbəkistana 60 milyon 988 min ABŞ dolları dəyərində məhsul ixrac olunub. Bu, illik müqayisədə 93,9% çoxdur.


Özbəkistana ixrac Azərbaycanın ümumi ixracının 0,28%-i həcmində olub.

Hesabat dövründə Azərbaycan Özbəkistandan 411 milyon 559 min ABŞ dolları dəyərində məhsul idxal edib.

Bu isə, illik 2,5 dəfə artım deməkdir. 10 ayda Özbəkistandan idxal Azərbaycanın ümumi idxalının 2,14%-nə bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO