İşsizlərə şad xəbər: Xidmətdən pulsuz istifadə edəcəklər

İşsizlərə şad xəbər: Xidmətdən pulsuz istifadə edəcəklər

Hazırda oxunan: İşsizlərə şad xəbər: Xidmətdən pulsuz istifadə edəcəklər

581658

Milli Məclisdə icbari tibbi sığorta ilə bağlı qanuna dəyişikliklər qəbul edilib.

Bizim.Media “Yeni Sabah.az”a istinadən xəbər verir ki, yeni qaydalara əsasən, rəsmi əmək müqaviləsi olmadan işləyən və gəlir əldə edən şəxslər aylıq təxminən 16 manat məbləğində sığorta haqqı ödəməlidirlər.

Bu ödənişi gecikdirən şəxslərə isə 10 faiz əlavə cərimə tətbiq olunacaq.

Dəyişikliklər yalnız qeyri-formal məşğulluqla məşğul olan şəxslərə aid edilir. Kənd təsərrüfatı sahəsində çalışan, ustalıq edən, fərdi xidmət göstərən, lakin fəaliyyətini rəsmi şəkildə rəsmiləşdirməyən şəxslər bu kateqoriyaya daxil edilir.
 

Ən önəmlisi isə odur ki, rəsmi olaraq işsiz kimi qeydiyyatda olan və sosial yardım alan şəxslərin icbari tibbi sığorta haqqını, əvvəlki kimi, dövlət ödəyəcək. Bu şəxslərin heç bir ödəniş etməsinə ehtiyac olmayacaq.


Yeni mexanizmin məqsədi tibbi xidmətlərə bərabər çıxışı təmin etmək və qeyri-rəsmi məşğulluğun qarşısını almaqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO