Fəaliyyətini dayandırılan dövlət şirkəti satıldı - Büdcəyə 1 milyon manat köçürüləcək

Fəaliyyətini dayandırılan dövlət şirkəti satıldı - Büdcəyə 1 milyon manat köçürüləcək

Hazırda oxunan: Fəaliyyətini dayandırılan dövlət şirkəti satıldı - Büdcəyə 1 milyon manat köçürüləcək

58148

Uzun müddət fəaliyyətini dayandırmış “Sumqayıt Tikinti Xidmət” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən, 2 dekabr 2021-ci il tarixində Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, 55A ünvanında yerləşən “Sumqayıt Tikinti Xidmət” ASC-nin nizamnamə kapitalının 99,91 faizini təşkil edən 129 799 səhminin satışı üzrə investisiya müsabiqəsi elan olunub.

12 yanvar 2022-ci il tarixində müsabiqə komissiyasının iclası keçirilib və müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərə baxıldıqdan sonra, komissiya tərəfindən açıq səsvermə yolu ilə “EVSAN” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilib.

Müsabiqənin qalibi ilə 26 yanvar 2022-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, investor dövlət büdcəsinə 1 000 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, ümumi həcmi 1 510 000 manat təşkil edən İnvestisiya Proqramının icrasını, müəssisənin dövlət büdcəsinə olan borclarının ödənilməsini, habelə digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürüb.

İnvestisiya Proqramına görə, dəmir-beton zavodunun qurulması, tikintidə istifadə olunan dəmir-beton dirək, müxtəlif təyinatlı tirlər, su novları, döşəmə panelləri, fasad və hasar divarları kimi məmulatların istehsalının təşkili planlaşdırılır.
Layihə çərçivəsində investor tərəfindən beton qarışdırıcı, montaj texnikasının, iri tonnajlı körpülü kran, dəzgah və avadanlıqların alınması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO