Ət idxalında KƏSKİN AZALMA – Qiymətlər daha da YÜKSƏLƏCƏK?

Ət idxalında KƏSKİN AZALMA – Qiymətlər daha da YÜKSƏLƏCƏK?

Hazırda oxunan: Ət idxalında KƏSKİN AZALMA – Qiymətlər daha da YÜKSƏLƏCƏK?

581403

Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin ilk 10 ayında Azərbaycan xarici ölkələrdən 38 min 555,67 ton ət idxal edib.

Həmin dövrdə ət idxalının dəyəri 90 milyon 140,41 min ABŞ dolları təşkil edib.

Ötən ilin eyni dövründə isə ölkəyə 48 min 241,91 ton ət gətirilib və bunun dəyəri 104 milyon 834,43 min ABŞ dolları olub.
 

Müqayisə göstərir ki, ət idxalının miqdarında 9 min 686,24 ton və ya 20,07% azalma qeydə alınıb. Dəyərdə isə 14 milyon 693,93 min ABŞ dolları və ya 14,01% azalma müşahidə edilib.


Dabaq infeksiyası ilə bağlı mal bazarlarının bağlanması və heyvanların daşınmasının qadağan edilməsi ilə onsuz da istehlak bazarında ətin qiyməti bahalaşıb.

Bəs ət idxalının azalması qiymətləri daha da yüksəldəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, Azərbaycana gətirilən ətin miqdarının 20% azalması daxili bazara ciddi təsir edəcək:

“İlk növbədə müəyyən qıtlıq yarana bilər. Bu da son nəticədə ət məhsullarının qiymətlərinin artmasına gətirib çıxarar. Daha bir ehtimal var ki, ölkəmizdəki qapalı təşkilatlar xaricdən ət idxalını bu il azalda bilərlər. Onlar bunu alternativ yolla çözə bilərlər, yaxud da ilin son aylarında bu sifariş icra oluna bilər. Sözügedən səbəbdən ət idxalının azalması mümkündür. Bütün hallarda yerli istehsalın artmadığı bir dönəmdə ət idxalının azalması istehlak bazarında qiymət artımına səbəb olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO