Azərbaycanda bu il müştərilər restoranlarda 2 milyard manatdan çox pul xərcləyib

Azərbaycanda bu il müştərilər restoranlarda 2 milyard manatdan çox pul xərcləyib

Hazırda oxunan: Azərbaycanda bu il müştərilər restoranlarda 2 milyard manatdan çox pul xərcləyib

581393

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə obyektlərinin dövriyyəsi 2 milyard 239 milyon 272,7 min manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 13,2% çoxdur.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Statistika Komitəsi açıqlayıb.

Hesabata görə, ictimai iaşə obyektlərinin dövriyyəsi dövlət sektorunda 18 milyon 480,5 min manat (2,7% artım), özəl sektorda isə 2 milyard 220 milyon 792,2 min manat (13,3% artım) təşkil edib.
 

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,1%-i hüquqi şəxslərin, 48,9%-i isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.


Hüquqi şəxslərin dövriyyəsi 2024-cü ilin yanvar-oktyabr ayı ilə müqayisədə 13% artaraq 1,135 milyard manata çatıb, fiziki şəxslərin dövriyyəsi isə 13,6% artaraq 1 milyard 85 milyon 805,8 min manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO