Bu il 300 mindən çox daşınmaz əmlaka çıxarış verilib

Bu il 300 mindən çox daşınmaz əmlaka çıxarış verilib

Hazırda oxunan: Bu il 300 mindən çox daşınmaz əmlaka çıxarış verilib

581367

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 300 073 daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Bu barədə Bizim.Media-ya Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Qeydiyyata alınan mülkiyyət hüququnun 57 614-ü (19,2 %) ilkin, 242 459-u (80,8 %) isə təkrar qeydiyyatın payına düşüb.

Mülkiyyət hüquqlarının əmlaklar üzrə statistikası

 

10 ayda fərdi yaşayış və bağ evi üzərində – 58.587, mənzil – 78.092, torpaq sahəsi – 152.521, qeyri-yaşayış binası – 2.592, qeyri-yaşayış sahəsi – 7.564, əmlak kompleksi – 616, çoxmərtəbəli yaşayış binası – 98 və çoxillik əkmələr üzərində – 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.


Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 84.431-i Bakı şəhərinin, qalan hissəsi isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Hesabat dövründə 214 701 texniki pasport tərtib edilib, 51 753 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO