Azərbaycanda bu il 78 minə yaxın yeni iş yeri açılıb

Azərbaycanda bu il 78 minə yaxın yeni iş yeri açılıb

Hazırda oxunan: Azərbaycanda bu il 78 minə yaxın yeni iş yeri açılıb

580932

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 77.7 min yeni iş yeri yaradılıb.

Bizim.Media rəsmi statistikaya əsaslanaraq xəbər verir ki, bu iş yerlərinin 91.4 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Yeni açılan iş yerlərinin 75.9 faizi Bakı şəhərində, 0.8 faizi Naxçıvan Muxtar Respublikasında, 23.3 faizi isə regionlarda formalaşıb.

Regionlar üzrə bölgüdə 7.2 faiz Abşeron-Xızı, 2.7 faiz Quba-Xaçmaz, 2.7 faiz Şəki-Zaqatala, 2.4 faiz Qarabağ, 1.9 faiz Gəncə-Daşkəsən, 1.5 faiz Şirvan-Salyan, 1.2 faiz Lənkəran-Astara, 0.9 faiz Şərqi Zəngəzur, 0.9 faiz Mərkəzi Aran, 0.8 faiz Qazax-Tovuz, 0.6 faiz Mil-Muğan və 0.5 faiz Dağlıq Şirvan iqtisadi rayonlarına məxsusdur.
 

Yeni yaradılmış iş yerlərinin 9.1 faizi yeni müəssisə və təşkilatlarda, 89.8 faizi mövcud müəssisələrdə, 0.4 faizi fəaliyyəti bərpa olunan müəssisələrdə formalaşıb, 0.7 faiz iş yeri isə müxtəlif layihələr və abadlıq işləri nəticəsində açılıb.


Hüquqi şəxslər tərəfindən açılan iş yerlərinin 25.1 faizi tikinti, 16.2 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 12.1 faizi emal sənayesi, 7.9 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7.5 faizi peşə, elmi və texniki fəaliyyət, 4.6 faizi təhsil, 3.7 faizi inzibati və yardımçı xidmətlər, 3.6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3.6 faizi səhiyyə və sosial xidmətlər, 3.3 faizi kənd təsərrüfatı və balıqçılıq, 2.6 faizi informasiya və rabitə, 2.1 faizi isə maliyyə və sığorta sektorlarında qeydə alınıb.

Hesabat dövründə 8.2 min iş yeri bağlanıb. Bağlanmış iş yerlərinin 47.4 faizi qeyri-dövlət sektorunda, 27.3 faizi müəssisə və təşkilatların fəaliyyətinin dayandırılması, 72.7 faizi isə mövcud müəssisələrdə aparılan ixtisarlarla əlaqədar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO