Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri AÇIQLANDI

Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanın Türkiyədən geyim idxalına çəkdiyi xərcləri AÇIQLANDI

579908

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 44,663 milyon ABŞ dolları dəyərində geyim idxal edib.

Bizim.Media Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,8 % azdır.

Təkcə oktyabrda Türkiyə Azərbaycana 5,415 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 2,6 % azdır.
 

10 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6,2 % azalaraq 14,22 milyard ABŞ dollarına, oktyabrda isə 3,8 % azalaraq 1,512 milyard ABŞ dollarına enib.


Türkiyədən ən çox geyim idxalını Almaniya 2 milyard 251,227 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,9 % az), Niderland 1 milyard 650,678 milyon ABŞ dolları (-5,3 %) və İspaniya 1 milyard 451,422 milyon ABŞ dolları (-9,1 %) dəyərində həyata keçirib. (Report.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO