Dövlət şirkətlərinin ölkəyə qazandırdığı GƏLİRLƏR - FOTO

Dövlət şirkətlərinin ölkəyə qazandırdığı GƏLİRLƏR - FOTO

Hazırda oxunan: Dövlət şirkətlərinin ölkəyə qazandırdığı GƏLİRLƏR - FOTO

57967

2021-ci ildə qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin ölkəyə gətirdiyi gəlirlərin həcmi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın yanvar sayında məlumat verilib.

Təqdim edilən dövlət müəssisələri bu dövr ərzində ölkəyə 1 milyard 82 milyon ABŞ dolları həcmində gəlir gətirib. Bu isə 2020-ci illə müqayisədə 1,8 dəfə çoxdur. 

Siyahıya 460 milyon dollar ixrac həcmi ilə Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyat İdarəsi başçılıq edir. Şirkətin ixrac həcmindən əldə etdiyi gəlirlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 dəfə artıb.

Daha sonra ixrac həcminə görə “SOCAR Polymer” MMC gəlir. Bu dövrdə şirkət ixrac gəlirlərindən 252,2 milyon dollar gəlir əldə edib və bu, illik müqayisədə 2,5 dəfə çoxdur.
Daha sonra siyahıda “AzərGold” QSC (103,5 milyon dollar), (98 milyon dollar) və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin (85 milyon dollar) də adı var. 

Ötən il siyahıda adı olmayan “Azərbaycan Dəmir Yolları” QSC və “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ də siyahıya daxil olub.

Digər dövlət şirkətlərinin ixracdan əldə etdiyi gəlirlərin həcmi ilə infoqrafikadan tanış ola bilərsiniz:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO