2026-cı ildə nə qədər neft və qaz hasil olunacaq? – RƏSMİ AÇIQLAMA

2026-cı ildə nə qədər neft və qaz hasil olunacaq? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: 2026-cı ildə nə qədər neft və qaz hasil olunacaq? – RƏSMİ AÇIQLAMA

579193

“Ölkəmizdə əlverişli biznes mühitinin formalaşdırılması, sahibkarların dəstəklənməsi və əmək münasibətlərinin rəsmiləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu addımlar qeyri-neft sənayesinin inkişafına, iri şəhərlərdə, eləcə də bölgələrdə yeni istehsal və emal müəssisələrinin, iş yerlərinin yaradılmasına stimul verir”.

Bizim.Media xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Anar Axundov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında gələn ilin büdcəsi ilə bağlı müzakirələr zamanı deyib.

Nazir müavini bildirib ki, qarşıda ölkəmizin davamlı inkişafı üçün önəmli çağırışlar var:

“2025-ci ilin gözlənilən artım tempi nəzərə alınmaqla 2022-2025-ci illərdə orta illik hesabla ÜDM-in 3,3% artması gözlənilir. ÜDM-in artımı tamamilə qeyri-neft-qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1% olacağı gözlənilir ki, bu da Strategiya ilə müəyyən olunmuş hədəfdən yüksəkdir”.

Anar Axundov qeyd edib ki, ÜDM-in növbəti ildə 2,9%, 2026-2029-cu illərdə orta illik hesabla 3,5%, qeyri-neft-qaz ÜDM-nin növbəti və ortamüddətli dövrdə isə orta illik hesabla 5% ətrafında artacağı proqnozlaşdırılır:

“İqtisadi artıma təsir edən mühüm amillərdən biri neft-qaz hasilatıdır. Ümumilikdə, 2026-cı ildə neft hasilatının 27,6 mln. ton, əmtəəlik qaz hasilatının 38,0 mlrd. m3 olacağı proqnozlaşdırılır.

Ölkə başçısının müvafiq Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması istiqamətdə intensiv işlər görülür.

Bu sənədlərin reallaşması ölkə iqtisadiyyatının mənzərəsində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq, xüsusilə prioritet sahələrdə iqtisadi artım templəri sürətlənəcək, iqtisadi artımın və məşğulluğun dayanıqlığı daha da artacaq”- deyə nazir müavini əlavə edib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO