Avropanın qaz alternativi: “Rusiya qaz tədarükünü azaldarsa, Azərbaycanla əməkdaşlıq...”

Avropanın qaz alternativi: “Rusiya qaz tədarükünü azaldarsa, Azərbaycanla əməkdaşlıq...”

Hazırda oxunan: Avropanın qaz alternativi: “Rusiya qaz tədarükünü azaldarsa, Azərbaycanla əməkdaşlıq...”

57918

Biz diplomatiya və çəkindirmə yollarımıza sadiq qalacağıq və Ukraynaya dəstəyimizi genişləndirəcəyik.

Bizim.Media xəbər verir ki, bu fikirlər Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borelin məqaləsində öz əksini tapıb.

Belə ki, İttifaqın Borelin rəhbərlik etdiyi şöbəsinin rəsmi saytında dərc olunan məqaləsində son həftələrdə Rusiya və Ukrayna arasında artan gərginliklə bağlı Aİ-nin mövqeyi və məqsədləri öz əksini tapıb.

Aİ rəsmisinin fikrincə, Rusiyanın qərb sərhədlərində aktivliyi artırması vəziyyəti daha da gəriginləşdirir. Buna rəğmən, Aİ sona qədər diplomatik yolla sabitliyə nail olmağa çalışacaq:

“Biz diplomatiyaya üstünlük veririk və əgər Rusiya Ukraynaya qarşı aqressivliyini azaldarsa, Avropada təhlükəsizliklə bağlı müzakirələrə balanslı və qarşılıqlı şəkildə yanaşarsa, irəliləməyə hazırıq”.

Borel diplomatik həllə nail olmaq üçün, ABŞ və NATO ilə birlikdə Aİ-nin də lazımi tədbirlər görəcəyini elan edib.

Bundan əlavə, İttifaq rəsmisi Ukraynaya yardım paketlərinin həcminin artırılacağını da qeyd edib.

Fikirlərinin davamında Rusiyanı psixoloji müharibə aparmaqda ittiham edən Borel, Moskvanın enerji təhdidləri ilə bağlı da mövqeyini bildirib. Aİ rəsmisinin sözlərinə görə, İttifaqın diplomatik variantlara alternativləri də artıq hazırdır:

“Biz diplomatiyanın uğursuzluğa düçar olması ehtimalına hazırıq və bütün variantları nəzərdən keçiririk. Bu, Rusiya tədarükləri azaltmaq və ya dayandırmaq qərarına gəldiyi halda, qaz təchizatı məsələsində ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla əməkdaşlıq da daxil olmaqla, dayanıqlılığımızı artırmaqdan ibarətdir”.

Cozef Borel məqaləsini Aİ-nin Ukrayna böhranındakı qəti mövqeyini ifadə etməklə yekunlaşdırıb:

“Ukrayna bizim tərəfdaşımız və qonşumuzdur: onun təhlükəsizliyi bizim təhlükəsizliyimizdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO