“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, elektrik mühərrikli və hibrid avtomobillərinə güzəşt yerli istehsala tətbiq olunacaq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayramov “baku.ws”ə açıqlamasında bildirib.
Deputat əlavə edib ki, yerli istehsal bu növ avtomoillər əlavə dəyər vergisindən azad olunacaq:
“Qeyd etmək lazımdır ki, Azərbaycanda elektrik və hibrid avtomobillərin istehsalının həyata keçirilməsi nəzərdə tutulub. Yanvarın 1-dən etibarən güzəştlər yerli istehsala tətbiq olunacaq.
Elektrik avtomobillərinin ehtiyat hissələrinin Azərbaycana idxalında güzəştlərin tətbiqi təklif olunub. Növbəti ildən etibarən bu növ avtomobillərin ehtiyat hssələrinin ölkəmizə idxalı zamanı güzəştlər qüvvədə olacaq.
Hibrid və elektrik avtomobilləri üçün nəzərdə tutulan güzəşt müddəti 2026-cı il yanvarın 1-dən başa çatır. Həmin müddətin uzadılması təklif olunmadığı üçün həmin avtomobillərin Azərbaycana gətirilməsi zamanı güzəştlər olmayacaq”.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
08:40 / 06.11.2025
Yanvarın 1-dən Azərbaycanda bu avtomobillərə güzəştlər tətbiq olunacaq
Hazırda oxunan: Yanvarın 1-dən Azərbaycanda bu avtomobillərə güzəştlər tətbiq olunacaq
Hazırda oxunan: Yanvarın 1-dən Azərbaycanda bu avtomobillərə güzəştlər tətbiq olunacaq
579148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































