Mənzil bazarında bahalaşma - VİDEO

Mənzil bazarında bahalaşma - VİDEO

Hazırda oxunan: Mənzil bazarında bahalaşma - VİDEO

578442

Hər il payız-qış mövsümündə mənzil bazarında durğunluq yaşanırdı. Bu da nisbətən də olsa qiymətlərin enməsi ilə müşahidə olunurdu. Amma bu il əksinə olub. Mənzil bazarında canlanma olduğundan qiymətlər də artıb.

Bizim.Media xəbər verir ki, mövzuya əmlak məsələləri üzrə ekspert Nofəl Quliyev münasibət bildirib.

Onun sözlərinə görə, canlanma həm yeni tikililərdə, həm də köhnə mənzillərin satışında müşahidə edilir.

Bəs qiymətlər nə qədər artıb?

Ekspert bildirib ki, təkrar mənzil bazarındakı qiymət artımı ən çox çıxarışlı mənzillərdə müşahidə edilir. Buna səbəb də həmin daşınmaz əmlakların ipotekaya yararlı olmasıdır.
 

Nofəl Quliyev hesab edir ki, canlanmanın əsas səbəblərindən biri isə paytaxtda aparılan yenidənqurma işləri - köhnə binaların sökülməsi və yeni layihələrə olan maraqdır.


Qeyd edək ki, hazırda şəhərin mərkəzində ilkin mənzil bazarında mənzilin 1 kv.m üçün qiymət 2 500-5 000 manat civarında dəyişir.

Ekspertlər bildirirlər ki, ilin sonuna qədər qiymətlərdə sabitləşmə gözlənilmir.

Daha ətraflı Xəzər TV-nin reportajında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO