Milli Məclisdə 2026-cı il büdcə zərfinin müzakirəsinə başlanacağı tarix məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “apa.az”a açıqlamasında məlumat verib.
O qeyd edib ki, noyabrın 4-də komitədə 2026-ci ilin büdcə zərfi müzakirə ediləcək.
Azər Əmiraslanov bildirib ki, noyabrın 6-da komitədə büdcə paketinə daxil olan digər sənədlər müzakirəyə çıxarılacaq:
“Söhbət əsasən Vergi Məcəlləsinə dəyişikliklərdən gedir. Digər komitələrdə də noyabrın 4, 5 və 6-da büdcə müzakirə olunacaq.
Bayramdan sonra 2 gün ərzində ümumiləşmiş iclaslar keçirib komitələrdə büdcə müzakirələrini yekunlaşdıracağıq.
Daha sonra parlamentin plenar iclasında büdcə zərfi müzakirəyə çıxarılacaq”.
Bizim.Media






























































































