Səfər Mehdiyev Qafan-Gorus yolundakı gömrük postundan danışdı

Səfər Mehdiyev Qafan-Gorus yolundakı gömrük postundan danışdı

Hazırda oxunan: Səfər Mehdiyev Qafan-Gorus yolundakı gömrük postundan danışdı

57815

Bu günə qədər 6 mindən çox, 7 minə yaxın nəqliyyat vasitəsi işğaldan azad edilən Qubadlı rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postundan keçib.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bildirib.

MÖVZU İLƏ BAĞLI:

DSX-nin Gorus-Qafan yolundakı postu istifadəyə verildi - FOTO


“Bunların arasında fədi nəqliyyat vasitələri, avtobuslar, yük nəqliyyat vasitələri də var. Bu nəqliyyat vasitələrindən 2 milyon manata yaxın vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”, - S. Mehdiyev deyib.

Komitə sədri bildirib ki, Qubadlı inzibati rayonunun Eyvazlı sahəsində yerləşən gömrük postu yalnız malların və nəqliyyat vasitələrinin idxalının ölkə ərazisində rəsmiləşdirilməsi deyil, həmçinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ölkə ərazisinə daxil olan beynəlxalq nəqliyyat vasitələri, istər yüngül, istərsə də yük nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi, yoxlanılmasının təmin edilməsi, qanunvericiliklə nəzərdə tutulmuş həddə gömrük rüsumları, yol vergisi ilə bağlı tətbiq olunan rüsumların alınmasını həyata keçirir.

Onun sözlərinə görə, burada alınan rüsumlar cüzi rəqəmlərdir:

“Bu postdan yük keçmədiyi və idxal əməliyyatları aparılmadığı üçün məqsəd milyonlarla manatın yığılması deyil. Burada əsas məqsəd ölkənin təhlükəsizliyini təmin etmək, ölkə ərazisinə daxil olan nəqliyyat vasitələrinin digər keçid məntəqələrində olduğu kimi hansı nəzarət mexanizmləri qurulubsa, burada da eyni nəzarəti həyata keçirməkdir. Yol vergisi və rüsumlarının dövlət büdcəsinə köçürülməsini təmin edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO