İranın ən böyük banklarından biri müflis elan edildi

İranın ən böyük banklarından biri müflis elan edildi

Hazırda oxunan: İranın ən böyük banklarından biri müflis elan edildi

577264

İranın ən böyük banklarından biri olan "Ayande Bank" aktivlərinin dövlət mülkiyyətinə keçməsi ilə rəsmi şəkildə müflis elan edilib.

Bizim.Media "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, 2012-ci ildə yaradılan bankın ölkə üzrə 260 filialı və 4 min əməkdaşı var idi.
 

Məlumata görə, "Ayande Bank" son illərdə yığılan maliyyə problemləri səbəbindən fəaliyyətini davam etdirə bilməyib. Bankın ümumi itkiləri 5.2 milyard dollar, borcları isə 2.9 milyard dollar təşkil edib.


13 illik fəaliyyət və 10 ildən çox restrukturizasiya cəhdlərindən sonra bu ayın əvvəlində bank rəsmi olaraq müflisliyini elan edib. Bütün aktivlər, depozitlər və filiallar İran Milli Bankına köçürülüb.

"Ayande Bank" ölkənin bank sistemindəki bütün müflisləşmələrin 42 faizini təşkil edir və "müflisləşmiş bankların nəhəngi" adlandırılır.

Onun böhranının əsas səbəbi qeyri-real yüksək faiz dərəcələri və lüks layihələrə, o cümlədən Tehrandakı "Iran Mall" ticarət kompleksinə yatırılan böyük vəsaitlər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO