Qüdrət Həsənquliyevin rüsumlarla bağlı təklifinə Ziyafət Əsgərovdan CAVAB

Qüdrət Həsənquliyevin rüsumlarla bağlı təklifinə Ziyafət Əsgərovdan CAVAB

Hazırda oxunan: Qüdrət Həsənquliyevin rüsumlarla bağlı təklifinə Ziyafət Əsgərovdan CAVAB

576981

"Rüsum göstərilən xidmətlərə görə haqqdır. Biz burda rüsumu ayrı qeyd edirik və göstəririk ki, xidmətlərə görə əlavə haqq ödənilir. Əgər dövlət orqanı göstərdiyi xidmətə görə haqq alacaqsa, bu artıq kommersiya təşkilatıdır. Biz onda gərək onu vergilərə cəlb edək".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət xidmətləri haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, bu formada vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən dövlət orqanının göstərdiyi rüsumdan əlavə xidmət haqqı alması konstitusiyaya ziddir:

"Başa düşürəm ki, ölkəyə, bizə pul lazımdır. Mülkiyyət toxunulmazlığını təmin etmək üçün qanunun aliliyini təmin edək, əlverişli biznes mühiti, investisiya yönümlü mühit yaradaq ki, ölkə iqtisadiyyatı inkişaf etsin və büdcə gəlirləri artsın. Biz də dövlət orqanlarını büdcədən lazımi səviyyədə maliyyələşdirə bilək”.

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov deputat həmkarının çıxışına cavab olaraq qanun layihəsini diqqətlə oxuduğunu bildirib:

"Siz konstitusiyaya istinad etdiniz. Konstitusiyada konkret hansı madənin hansı hissəsinə uyğun gəlmədiyini qeyd etmədiz. Burada dövlət xidmətlərinin göstərilməsi zamanı qanunla müəyyən edilmiş hallardan söhbət gedir. Əgər "Dövlət rüsumları haqqında" qanunla qəbul ediləcək bu qanun arasında hər hansı ziddiyyət olarsa, bunlar bir-birinə uyğunlaşdırılacaq. Amma konstitusiyaya zidd deyil”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO