Bu nazirliyə 275 milyon manat AYRILACAQ

Bu nazirliyə 275 milyon manat AYRILACAQ

Hazırda oxunan: Bu nazirliyə 275 milyon manat AYRILACAQ

576941

Növbəti il üçün dövlət büdcəsindən Səhiyyə Nazirliyinə 274.5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bizim.Media xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Həmin vəsaitdən ümumi təyinatlı və ixtisaslaşdırılmış xəstəxanaların, tibb mərkəzlərinin saxlanılması, habelə xüsusi tibbi xidmətlərin göstərilməsinə 50.4 milyon manat ayrılacaq.

Bərpa-müalicə sanatoriyalarının fəaliyyətinin təmin edilməsi üçün 9.4 milyon manat, qanköçürmə xidmətləri üçün 3 milyon manat, səhiyyə sahəsində tədqiqat fəaliyyəti həyata keçirən təşkilatların saxlanılmasına 2.7 milyon manat, digər tibbi xidmət və ekspertiza xərcləri üçün isə 157.7 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
 

Sanitar-epidemioloji vəziyyətə nəzarətin təmin edilməsi, infeksiyaya yoluxmuş və onlarla təmasda olan şəxslərin monitorinqinin aparılması məqsədilə sanitar-epidemioloji tədbirlər üçün 51.3 milyon manat yönəldiləcək.


Qeyd edək ki, 2026-cı il üçün dövlət büdcəsində səhiyyə xərcləri 2 milyard 24.3 milyon manat səviyyəsində müəyyən edilib. Bu, 2025-ci illə müqayisədə 30.7 milyon manat və ya 1.5%, 2024-cü ilin icrası ilə müqayisədə isə 195.5 milyon manat və ya 10.7% çoxdur.

Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4.9% təşkil edəcək ki, bu da 2025-ci illə müqayisədə 0.1 faiz-bəndi çoxdur. 2022-ci illə müqayisədə isə 2026-cı ildə bu göstərici 0.5 faiz-bəndi, mütləq ifadədə isə 606.4 milyon manat və ya 42.8% artıb.

Səhiyyə xərcləri üçün ayrılmış ümumi vəsaitin 900 milyon manatı, yəni 44.6%-i əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə yönəldiləcək.

Həmçinin, gələn ilin büdcəsində Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti üçün qanunvericiliklə müəyyən edilmiş şəxslərin tibbi təminatının göstərilməsi məqsədilə 18.8 milyon manat vəsait ayrılması planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO