6 ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama

6 ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama

Hazırda oxunan: 6 ayda bank kartlarından 800 min manat oğurlanıb - Mərkəzi Bankdan açıqlama

576646

Azərbaycan Mərkəzi Bankı maliyyə bazarında informasiya təhlükəsizliyinin və kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirdiyi kompleks tədbirlər çərçivəsində bank sektorunun üzləşdiyi rəqəmsal fırıldaqçılıq statistikasını ictimaiyyətə açıqlayıb.

Bizim.Media Mərkəzi Banka istinadən xəbər verir ki, təhlillər bütün fırıldaqçılıq hallarının ödəniş kartları istifadəçiləri tərəfindən şəxsi məlumatların kiberdələduzlara təqdim olunması nəticəsində baş verdiyini göstərir.

Ölkədaxili əməliyyatlar

1-ci rüb: 992 əməliyyat, zərər məbləği 430.944 AZN. Ən yüksək fırıldaqçılıq kateqoriyası hesab/kart məlumatlarının ələ keçirilməsi (68.8%). Ən çox istifadə olunan alət və avadanlıq: elektron ticarət və mobil tətbiq (96.9%).

2-ci rüb: 570 əməliyyat (27% azalma), zərər məbləği 344.083 AZN (11% azalma). Əsas kateqoriya hesab/kart məlumatlarının ələ keçirilməsi (44.47%), avadanlıq: elektron ticarət və mobil tətbiq (99.7%).

Ölkəxarici əməliyyatlar

1-ci rüb: 3628 əməliyyat, zərər məbləği 185.910 AZN. Ən yüksək fırıldaqçılıq kateqoriyası kartın fiziki iştirakı olmadan (80.3%), avadanlıq: elektron ticarət və mobil tətbiq (89.7%).

2-ci rüb: 4798 əməliyyat (13.8% artım), zərər məbləği 430.104 AZN (36.9% artım). Əsas kateqoriya kartın fiziki iştirakı olmadan (81.2%), avadanlıq: elektron ticarət və mobil tətbiq (87.3%).
 

Ölkədaxili əməliyyatlarda 1-ci rüblə müqayisədə 2-ci rübdə rəqəmsal fırıldaqçılıq hallarının məbləği 11 faiz, əməliyyat sayı 27% azalıb, təsirə məruz qalmış kart sayı isə 19% azalıb.


Ölkəxarici əməliyyatlarda əməliyyat sayı 13.8% artıb, zərər məbləği 36.9% yüksəlib, məruz qalmış kart sayı isə 16.8% çoxalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO