Avropa Rusiya qazından tam İMTİNA EDƏCƏK – Bu TARİXDƏN

Avropa Rusiya qazından tam İMTİNA EDƏCƏK – Bu TARİXDƏN

Hazırda oxunan: Avropa Rusiya qazından tam İMTİNA EDƏCƏK – Bu TARİXDƏN

576247

“Avropa İttifaqında rus qazının payı 2022-ci ildəki 45 faizlik göstərici ilə müqayisədə 2025-ci ilin oktyabrında təxminən 13 faizə düşüb”. 

Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Lüksemburqda keçirilən enerji nazirlərinin iclası ərəfəsində Aİ-nin energetika üzrə komissarı Dan Yorqensen məlumat verib.

Yorqensenin sözlərinə görə, Avropa Komissiyası 2026-cı ilin əvvəlindən Rusiyadan qaz tədarükünə dair yeni müqavilələrin bağlanmasını qadağan etməyi təklif edir.

Mövcud qısamüddətli müqavilələr 2026-cı il iyunun ortalarına qədər, uzunmüddətli müqavilələr isə 2027-ci il yanvarın 1-dək qüvvədə qalacaq. Layihəyə əsasən, həmçinin 2026-cı ildən etibarən Avropa İttifaqına Rusiya nefti və neft məhsullarının idxalına tam qadağa qoyulacaq.
 

“(Rusiya-Ukrayna) müharibəsi başlayanda qazımızın 45 faizini Rusiyadan alırdıq. Buna baxmayaraq, bu göstəricini ciddi şəkildə azaltmağa nail olduq. Bu gün bu rəqəm 13 faizdir, bəlkə də bir qədər az. Amma bu hələ də çoxdur və biz bu asılılığı tam aradan qaldırmalıyıq,” – deyə komissar vurğulayıb.


Hazırda razılaşdırılmaqda olan Aİ-nin 19-cu sanksiya paketi enerji sektoruna da şamil ediləcək və 2027-ci ilin əvvəlindən Rusiyadan maye təbii qazın (MTQ) idxalına qadağanı nəzərdə tutur.

Bundan əlavə, Çin Xalq Respublikasının Baş Gömrük İdarəsi bildirib ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Rusiya Çinə 4,99 milyon ton MTQ tədarük edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz azdır.

Hesabatda qeyd olunur ki, dəyər ifadəsində Rusiyadan idxal edilən MTQ-nin həcmi illik müqayisədə 20,1 faiz azalaraq 2,83 milyard dollar təşkil edib.

Hazırda Rusiya Çinə MTQ tədarük edən ölkələr arasında üçüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, yanvar-sentyabr aylarında Rusiyadan Çinə neft ixracı da 8,1 faiz azalaraq 74,04 milyon tona enib. Dəyər baxımından isə bu idxal 21 faiz azalıb və 37,55 milyard dollara düşüb. Bununla belə, Rusiya hələ də Çinin ən iri neft təchizatçısı olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO