Qiymət artımından sonra qızıl bazarında keyfiyyətsiz və saxta zinət əşyalarının dövriyyəsi də çoxalıb. Ucuz qiymətə qızıl satanlar, endirimdədir deyib, saxta qızılı reklam edirlər.
Sual yaranır ki, artımı dünya birjasından asılı olan zinət əşyası necə daha ucuz təklif edilə bilər, əgər ikinci əl deyilsə?...
Bizim.Media xəbər verir ki, Zərgərlər Assosasiyasının sədri Toğrul Abbasquliyevin sözlərinə görə, qiymət artımı alıcını ucuz varianta yönəldir. Lakin, istehlaçkı əslində aldadılmış olur.
Toğrul Abbasquliyev zinət əşylarının geri qaytarılmasının qanunda nəzərədə tutulmamasını belə izah edir.
Onun fikrincə, zərgərlik bazarının təxminən 80 faizi toy-nişan üzərində qurulub. Bu qərar da alıcıların yüksək məbləğdə zinət əşyasını alıb, 1 gün sonra geri qaytarma hallarının qarşını almaq məqsədi daşıyır. Qurum rəsmisi bildirib ki, bu yanlız vətəndaşın çek və ya qəbz tələb etdiyi halda mümükündür.
Lakin, təəsüflər olsun ki, çox zaman alıcıya zinət əşyasının serfikatı və ya ödəniş qəbzi təqdim olunmur.
Mütəxəssis onu da qeyd edib ki, qısa zamanda antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyinin nəzdində məhz qeyd olunan hallarla bağlı prosesi icra edəcək bir qurum da yaradılacaq. Bununla da saxta qızıl satışının qarşısının alınacağı gözlənilir.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber.az-ın videomaterialında:
Bizim.Media