Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlandı

Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlandı

Hazırda oxunan: Bu il sahibkarlara veriləcək güzəştli kreditlərin həcmi açıqlandı

57526

2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 milyon manat güzəştli kreditin ayrılması nəzərdə tutulub.

Bizim.Media-nın məlumatına görə, bunu Fondun İdarə heyəti sədri vəzifələrini icra edən Osman Xaliyev 2021-ci ilin yekunlarına həsr olunmuş brifinq zamanı deyib.

"2021-ci iliin əvvəlində Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti üzrə strateji plan təsdiqlənib.

Bu plan 2021-2023-cü illəri əhatə edir. 2021-ci ildə strateji plan üzrə bir sıra istiqamətlər üzrə işlər görülüb.
Bu institusional bazanın gücləndirilməsi, hesabatlılığın təkmilləşdirilməsi, korporativ dayanıqlılıq və elektronlaşmanın tətbiqini özündə əks etdirir. 2022-ci il üçün strateji plana uyğun fəaliyyətin davam etdirilməsi nəzərdə tutlub. Burada elektronlaşmanın tətbiqi üzrə işlərin davam etdirilməsi, eyni zamanda institusional bazanın gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək", - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO