Nazir müavinindən ETİRAF:

Nazir müavinindən ETİRAF: "Ekosistem olmasa startapçı ölkəni tərk edəcək"

Hazırda oxunan: Nazir müavinindən ETİRAF: "Ekosistem olmasa startapçı ölkəni tərk edəcək"

57521

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda startapların aktivliyinin zəif olması səbəblərini araşdırır.

Bizim.Media xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib ki, ekosistem olmasa startapçı ölkəni tərk edəcək.

R.Rüstəmov "Report"a açıqlamasında Pirallahı Sənaye Parkına marağın olmamasının səbəbindən də danışıb:

“Niyə insanlar Pirallahı Sənaye Parkına getmirilər?! Oranı 40 hektar deyil, 100 hektar da etsək getməyəcəklər. Çünki orada ekosistem yoxdur. Deməli biz yalnız bir məkana bağlamaqla deyil, çalışıb bütövlükdə ekosistemi düzgün qurmalıyıq. Bu gün startapçının yaratdığı məhsul hansı real sənaye ilə bağlıdır? Ekosistem olmasa startapçı ölkəni tərk edəcək.

Onu qeyd edim ki, bu sahədə qanunvericilik paketi hazırdır. Biz hesab edirik ki, startap yalnız bir məkana bağlı olmamalıdır. Bəzən deyirik ki, texnoparkdısa ancaq burada oturmalısız. Bəs eyni şərtlərlə digər məkanda fəaliyyət göstərmək mümkündürmü?”, - nazir müavini vurğulayıb.
Onun sözlərinə görə, startapın ilk mərhələsində onun nə olacağını heç özləri də bilmirlər:

"Deməli, burda risk varsa bu mütləq vençur maliyyələşmə üsulu ilə həyata keçirilməlidir. Artıq Azərbaycanda Vençur fondunun yaradılması və “Vençur haqqında” qanunun hazırlanması üzərində iş gedir. Təkcə 2021-ci ildə biz dəfələrlə oxşar təşəbbüslərlə çıxış etmişik. Amma onu deyim ki, bu bir ilə sığışan məsələlər deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO