“BakıKart” aparatları 10 qəpiyi də QƏBUL etməyəcək? – Rəsmi AÇIQLAMA

“BakıKart” aparatları 10 qəpiyi də QƏBUL etməyəcək? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: “BakıKart” aparatları 10 qəpiyi də QƏBUL etməyəcək? – Rəsmi AÇIQLAMA

575013

“5 qəpiklik sikkələrin qəbul edilməməsinin əsas səbəbi texniki və əməliyyat baxımından səmərəliliklə bağlıdır”.

Bunu Bizim.Media-ya açıqlamasında BakıKart-ın Müştəri xidmətləri üzrə  baş mütəxəssisi Mehriban Əhmədova qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

“BakıKart”ın terminallarında niyə qəpiklə ödəniş mümkün olmur? – RƏSMİ AÇIQLAMA


Onun sözlərinə görə "Bakıkart" aparatları hazırda yalnız 10 qəpik, 20 qəpik, 50 qəpik, 1 manat, 5, 10 və s. nominallarını qəbul edir:

“Belə ki, 5 qəpiklik sikkələrin ölçüsü və çəkisi cihazların sikkə tanıma mexanizmləri üçün əlavə tənzimləmə və baxım tələb edir. Bu isə aparatların daha tez sıradan çıxması, texniki nasazlıqların artması və xidmət keyfiyyətinin aşağı düşməsi ilə nəticələnə bilər”.

“BakıKart” rəsmisi hətta bəzi hallarda 10 qəpiyi daxil etdikdə problem yarandığını bildirib:

“Bəzi hallarda 10 qəpiklərin qəbulunda texniki nasazlıqlar müşahidə oluna bilər. Bunun səbəbi bəzən qəpik pulların istifadəsi zamanı aşınması və tanınmaz hala düşməsi ilə də əlaqəli olur. Bu kimi halların minimuma endirilməsi məqsədilə cihazlara mütəmadi texniki baxış keçirilir və təkmilləşdirmə işləri aparılır”, - deyə “BakıKart”-dan bildirilib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO