Təhsil mövsümünün başlaması ilə paytaxtın kirayə mənzil bazarında bahalaşma tendensiyası daha da sürətlənib. Hazırda Bakının bir çox ərazilərində kirayə mənzil tapmaq müşkülə çevrilib.
Bizim.Media “Yeni Sabah.az”a istinadən xəbər verir ki, şəhərin elə əraziləri var ki, orada təklif olunan kirayə mənzillərin aylıq qiyməti əsla tələbə cibi üçün deyil.
“Şah İsmayıl Xətai” metrostansiyasının yaxınlığındakı massivində ümumi sahəsi 370 kvardatmetr olan 4 otaqlı mənzilin aylıq kirayə qiyməti nə az, nə çox, düz 10 min manata təklif olunur.
Sözügedən ev 32 mərtəbəli binanın 26-cı mərtəbəsində yerləşir.
Elanda yer alan məlumatlara görə, bina 24 saat mühafizə xidməti ilə təmin edilib. Evin altında sakinlərin istifadəsi üçün qaraj fəaliyyət göstərir. Sözügedən bina məktəb, bağça və iaşə məntəqələrinin yaxınlığındadır.
Sözügedən intensiv qiymət artımı tendensiyasını nəzərə alsaq, yaxın vaxtlarda elan saytlarında bu qəbildən olan kirayə mənzil qiymətlərini tez-tez görəcəyimiz şübhə doğurmur.
Bizim.Media