Çörək də BAHALAŞACAQ?

Çörək də BAHALAŞACAQ?

Hazırda oxunan: Çörək də BAHALAŞACAQ?

574944

Son günlər unun qiymətində müşahidə olunan artım həm alıcıların, həm də çörək istehsalçılarının diqqət mərkəzinə çevrilib. Dünyada ərzaq bazarında baş verən proseslər, xüsusilə də taxıl qiymətlərindəki dalğalanmalar artıq Azərbaycan bazarına da təsirsiz ötüşmür.

Mütəxəssislər bildirirlər ki, bu artımın əsas səbəbi qlobal buğda tədarükündə yaranan gərginliklə bağlıdır. Belə ki, Rusiya və Ukraynada baş verən hadisələr,  müharibə, ixrac məhdudiyyətləri və logistik çətinliklər dünya üzrə buğdanın qiymətini artırıb. Nəticədə bir çox ölkələr kimi Azərbaycan da bu prosesdən dolayı təsirlənməkdədir.
 

MÖVZU İLƏ BAĞLI:

Çörəyin qiyməti ilə bağlı AÇIQLAMA


Bəs bu bahalaşma çörəyin qiymətinə təsir edəcəkmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında bildirib ki, hazırkı artım tendensiyası davamlı olarsa, bu, çörəyin qiymətinə də birbaşa təsir göstərə bilər:

“Unun qiymətinin artmasına səbəb dünya bazarında taxılın qiymətində müşahidə olunan artımdır. Çünki Rusiya dünya taxıl bazarından bir qədər kənarda qalıb. O, çox böyük həcmdə taxıl ixrac edirdi. Ukraynada müharibə gedir və öz taxılını sata bilmir. Ona görə də dünya bazarında bahalıq baş verdi.

Bu hal dalğavari şəkildə yayılır və Azərbaycana da təsir edir. Azərbaycan özünü çörək bişirmək üçün lazım olan buğda ilə cəmi 24-25 faiz təmin edə bilir. Qalanını biz xaricdən alırıq. Bu da istər-istəməz təsir göstərir. Düzdür, hələlik ciddi bir artım yoxdur. Amma bu bahalaşma davam edərsə, təbii ki, Azərbaycana da öz təsirlərini göstərəcək”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO