ŞAD XƏBƏR – Bu qadınlara pensiya güzəştləri ediləcək

ŞAD XƏBƏR – Bu qadınlara pensiya güzəştləri ediləcək

Hazırda oxunan: ŞAD XƏBƏR – Bu qadınlara pensiya güzəştləri ediləcək

574599

Rəsmi iş yeri olmayan, lakin illərlə ailə və övladlarının qayğısına qalan qadınlar pensiya hüququndan kənarda qalırlar. Bu isə sosial ədalət baxımından birmənalı qarşılanmır.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən millət vəkili Vüqar Bayramov bildirib ki, hazırda Azərbaycanda pensiya amnistiyası həyata keçirilir və bu proses bir çox vətəndaşın, o cümlədən qadınların pensiya hüququna çıxışını təmin edir:

“Yeni amnistiyaya əsasən, 2018-ci ilin iyunun 1-dək cəmi 1 manat pensiya kapitalı olan vətəndaşlarımız, o cümlədən xanımlar əmək pensiyası almaq hüququ qazanırlar. Pensiya amnistiyası prosesi hazırda davam edir,” – deyə millət vəkili qeyd edib.

Deputat həmçinin bildirib ki, qadınların kişilərlə müqayisədə əməkhaqqılarının daha aşağı olması nəzərə alınaraq, onların pensiyaya çıxarkən pensiya kapitalına xüsusi əmsalın tətbiqi təklif olunur:
 

“Bu təklif həyata keçərsə, xanımların pensiya məbləğində artımlar müşahidə olunacaq. Xüsusilə də tənha qadınlara pensiya məbləği ilə bağlı əlavə güzəştlərin verilməsi nəzərdən keçirilir.”


Vüqar Bayramovun sözlərinə görə, bu dəyişikliklər həm sosial ədalətin təmininə, həm də qadınların sosial rifah səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO