Azərbaycanda yeni iqtisadi portal - "Kredit.az" oxucuların ixtiyarına verildi

Azərbaycanda yeni iqtisadi portal - "Kredit.az" oxucuların ixtiyarına verildi

Hazırda oxunan: Azərbaycanda yeni iqtisadi portal - "Kredit.az" oxucuların ixtiyarına verildi

574258

Azərbaycanda yeni iqtisadi portal - "Kredit.az" oxucuların ixtiyarına verilib.

Bizim.Media xəbər verir ki, yeni yaradılan portal maliyyə və iqtisadiyyata dair ən etibarlı mənbələrdən biri olmağı hədəfləyir.

"Kredit.az" iqtisadi xəbərlər, analitik məqalələr, müsahibələr və aktual renkinqlərlə yanaşı, geniş məlumat bazası ilə seçilir. Portal istifadəçilərə valyuta məzənnələri, banklar, kredit təşkilatları və digər şirkətlər haqqında ətraflı məlumat təqdim edir.

Sayt həmçinin müştərilərə kredit, depozit, endirim kartları və digər maliyyə məhsullarını müqayisə etmək imkanı verir.
 

Portalda istehlak və biznes kreditləri əldə etmək istəyən şəxslər üçün də geniş imkanlar təqdim edilir. Burada oxucular müxtəlif bankların təqdim etdiyi kredit imkanlarını asanlıqla müqayisə edə biləcəklər.


Bununla yanaşı, "Kredit.az" kriptovalyuta bazarları, səhm və investisiya istiqamətli məlumatları da özündə cəmləyir. Portal maliyyə bazarlarını izləyənlər üçün əsl yol xəritəsi rolunu oynamağı hədəfləyir.

"Kredit.az" Media Reyestrindən qeydiyyatdan keçərək etibarlı və qanuni bir platforma olaraq fəaliyyət göstərir.

Qeyd edək ki, portal “RMEDİA” MMC-nin nəzdində təsis edilib, baş redaktoru Ramil Mirzəyevdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO