Azərbaycanda pensiya və təqaüdlər 60 faiz artıb – Son 3 ilin statistikası

Azərbaycanda pensiya və təqaüdlər 60 faiz artıb – Son 3 ilin statistikası

Hazırda oxunan: Azərbaycanda pensiya və təqaüdlər 60 faiz artıb – Son 3 ilin statistikası

57235

Azərbaycanda 2019-cu ildə əməkhaqları və digər sosial ödənişlər orta hesabla 100 faiz, bəzi sahələrdə daha çox artıb, yeni sosial təminat növləri, təqaüdlər, müavinətlər təsis olunub.

Bizim.Media Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə istinadən xəbər verir ki, 2019-cu ilin sosial ödəniş artımları üçün dövlət büdcəsindən illik əlavə vəsait olaraq 3 milyard manat ayrılıb.

2020-2021-ci illər də yeni sosial islahatlar mərhələsi olub.

COVID-19 pandemiyasının məşğulluğa və rifaha mənfi təsirlərinin qarşısının alınması üçün sosial dəstək proqramları icra olundu.

Zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən sonra - postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin təqaüdlərində ciddi, orta hesabla 60 faiz artımlar edildi, yeni təqaüd növləri təsis olundu.
Əməkhaqqında ciddi artımlara uyğun olaraq 2020-ci ilin əvvəlindən pensiyalar indeksləşdirilərək 16,6 faiz, 2021-ci ilin əvvəlindən 11,4 faiz artırıldı və bu artımlar 1 milyon 100 min pensiyaçını əhatə etdi. Ümumilikdə, 2018-2021-ci illərdə sosial təminat növləri, yəni pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə illik xərclər 2,4 milyard manat və ya 60 faiz artaraq 6,4 milyard manata çatıb.

Qeyd olunan dövrdə, yəni 2018-2021-ci illərdə orta aylıq əməkhaqqında 37 faiz, median əməkhaqqı 74 faiz, əmək müqavilələrinin sayı 30 faiz və ya 400 minə yaxın artıb. Əməkhaqqı fondunda həmin dövrdə 92 faiz, ötən il isə 6,4 faiz artım baş verib.

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyalarda artım 2021-ci ildə də davam etdi: ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11,4 faiz indeksasiya edilərək artırılıb. 2021-ci ildə pensiyaların orta aylıq məbləği 9 faiz artaraq 331 manata, yaşa görə pensiyaların orta aylıq məbləği 8 faiz artaraq 358 manata çatıb.

Ümumilikdə isə son üç ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb.

Prezident İlham Əliyevin 2021-ci il 16 oktyabr tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı sosial islahatların uğurla davam etdirilməsinə imkan yaratdı. Bu əsasda Prezident İlham Əliyevin dekabr ayında imzaladığı yeni fərman və sərəncamlarla ölkəmizdə sosial ödənişlərin artırılması istiqamətində islahatların növbəti mərhələsi reallaşdı. İllik əlavə 1,5 milyard manat vəsaiti nəzərdə tutan yeni islahatlar paketi 2,1 milyon insanı əhatə edir.

Yeni islahat paketi çərçivəsində minimum aylıq əməkhaqqı 20 faiz artaraq 250 manatdan 300 manata çatıb, üç il əvvələ (130 manat) nisbətən minimum aylıq əməkhaqqı 2,3 dəfə artıb.
Həmçinin müəllimlərin və digər bir çox təşkilatlarda işləyənlərin maaşları 20-40 faiz aralığında artırılıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO