ABŞ Avropaya göndərilən Rusiya qazına əvəzedici axtarır

ABŞ Avropaya göndərilən Rusiya qazına əvəzedici axtarır

Hazırda oxunan: ABŞ Avropaya göndərilən Rusiya qazına əvəzedici axtarır

57205

ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiyanın Ukraynaya müdaxiləsi qitədə qaz qıtlığına səbəb olacağı təqdirdə Avropaya mayeləşdirilmiş təbii qazın mümkün tədarükü ilə bağlı Qətərlə danışıqlar aparır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Bloomberg” agentliyti yayıb.

Aİ ölkələri qorxur ki, ABŞ-ın sanksiyalarına cavab olaraq Moskva Aİ-yə yanacaq tədarükünü dayandıra bilər. Avropa təbii qazının 40%-dən çoxunu Rusiyadan alır və tədarükünün üçdə biri Ukraynadan keçir.

İki mənbə agentliyə bildirib ki, Bayden Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tanini bu ayın əvvəlində Ağ Evə səfərə dəvət etmək niyyətindədir.

Bayden administrasiyasının rəsmisi Bloomberg-ə bildirib ki, görüşə hazırlıq bir müddətdir davam edir.

Eyni zamanda, ABŞ Dövlət Departamenti ABŞ-ın mayeləşdirilmiş təbii qaz istehsalçıları ilə danışıqlar aparır. Bunu ABŞ-ın yüksək səviyyəli xarici siyasət rəsmisi Reuters agentliyinə bildirib. Danışıqlara Donald Trampın prezidentliyindən bəri Aİ-də mayeləşdirilmiş təbii qaz terminallarının tikintisini təşviq edən enerji təhlükəsizliyi üzrə baş məsləhətçi Amos Hochstein rəhbərlik edir. 

Bundan əlavə, amerikalı diplomatlar Aİ ölkələrinə qazın ikinci ən böyük tədarükçüsünə - Norveçə müraciət edərək, onların istehlakının dörddə birini təmin ediblər.

Danışıqlarla tanış olan mənbə CNN-ə bildirib ki, Rusiyanın “Qazprom” qazının əvəzedicisinin axtarışı ABŞ-ın müttəfiqlərinin iştirakı ilə aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO