İranla Azərbaycan arasında yeni körpünün təməli qoyuldu - Astaraçay üzərində

İranla Azərbaycan arasında yeni körpünün təməli qoyuldu - Astaraçay üzərində

Hazırda oxunan: İranla Azərbaycan arasında yeni körpünün təməli qoyuldu - Astaraçay üzərində

57108

İranla Azərbaycan arasında Astaraçay üzərində yeni avtomobil körpüsünün təməli qoyulub.

Bizim.Media xəbər verir ki, yeni avtomobil körpüsünün tikintisi ilin sonun qədər başa çatacaq.

Təməlqoyma mərasimində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi və digər Azərbaycan və İran rəsmiləri iştirak ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Astaraçay üzərində yeni körpünün inşası bu tarixdə tamamlanacaq – RƏSMİ


Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Astaraçay üzərindəki hazırkı avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan) – Astara (İran) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi üzrə iki ölkə arasında saziş imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO