Ukraynada müharibə başlasa, Azərbaycan nə itirəcək? - ŞƏRH 

Ukraynada müharibə başlasa, Azərbaycan nə itirəcək? - ŞƏRH 

Hazırda oxunan: Ukraynada müharibə başlasa, Azərbaycan nə itirəcək? - ŞƏRH 

57092

Əgər Ukrayna-Rusiya arasında müharibə olarsa, bu tək iki ölkəyə təsir etməyəcək. Ən azı üç qitədə hiss olunacaq. ABŞ başda olmaqla, Qərb Rusiyaya qarşı sanksiyaları gücləndirəcək. Bu məsələdə rəsmi Londonun da mövqeyi açıq-aşkar aydındır.  

İqtisadçı-ekspert Pərviz Heydərov Bizim.Media-a açıqlamasında deyib ki, potensial müharibə iki ölkə arasında qalmayacaq: 

“Əgər Rusiya Ukraynaya müdaxilə edərsə, bu nəinki Azərbaycan üçün, eləcə də dünya iqtisadiyyatı üçün çox arzuolunmaz nəticələr doğura bilər. Bu və ya digər formada digər ölkələrin də münaqişəyə qatılmasına gətirib çıxaracaq”. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Ukrayna savaşı BAŞLASA, Zəngəzura hərbi müdaxilə reallaşa bilərmi? - TƏHLİL


Pərviz Heydərovun sözlərinə, əsasən Ukrayna və Rusiya Azərbaycan üçün heç də hər-hansı bir Avropa ölkəsi deyil və ya okeanın o tayında yerləşən ölkə xarakteri daşımır.  

O, əlavə edib ki, müharibə başlasa, dünya bazarlarında neftin qiyməti kritik həddə çata bilər: 

“Hazırda ən zəruri qida məhsullarının qiyməti üzrə vəziyyət kritikdir, bahalaşma mövcuddur, neftin qiyməti də arzuolunan səviyyədə deyil, bu özü də dolayı yolla ərzaq bazarında bahalaşmaya təsir edir. Düzdür neftin qiymətinin bahalaşması Azərbaycanın dövlət büdcəsində gəlirlərin artımına təsir edir, amma region üçün fors-major hallara gətirib çıxara bilər”. 

İqtisadçı-ekspert əlavə edir ki, Rusiya müharibədən heç nə itirməyəcək, itirən region ölkələri olacaq: 

“Rusiya bütün digər sanksiyalara, embarqolara sinə gərməyə qadir, kifayət qədər daxili potensialı olan ölkədir”.  

Ülviyyə Əlizadə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO