İranlı nazir sabah Azərbaycana səfər edəcək

İranlı nazir sabah Azərbaycana səfər edəcək

Hazırda oxunan: İranlı nazir sabah Azərbaycana səfər edəcək

56782

İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə yanvarın 24-də Azərbaycana səfər edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi məlumat yayıb.

Səfirin sözlərinə görə, Azərbaycan və İranın bir çox sahələrdə birgə böyük layihələri var. 

İranlı nazirin səfəri zamanı tərəflər enerji, sənaye, tranzit, kənd təsərrüfatı və digər sektorlardakı layihələri müzakirə edəcəklər.

Səfər çərçivəsində iranlı nazir Azərbaycan rəsmiləri ilə görüşəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO