Trans Adriatik boru kəmərinin (TAP) işə salınması ilə Azərbaycanın təbii qaz ixracı ötən il əhəmiyyətli dərəcədə artıb.
Bu barədə Bizim.Media-ya SOCAR-dan məlumat verilib.
"Bu çərçivədə 2021-ci ildə Azərbaycandan Avropaya 8.15 milyard kubmetr, Türkiyəyə isə 8,5 milyard kubmetr qaz ixrac edilib", - məlumatda qeyd edilib.
Qeyd edək ki, TAP boru kəməri Cənub Qaz Dəhlizinin Avropa hissəsini təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir.
Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək İtaliyanın cənubunda bitir. Kəmər 2020-ci ilin dekabrında istifadəyə verilib.
Bizim.Media
![Azərbaycandan Avropaya nəql olunan qazın həcmi AÇIQLANDI Azərbaycandan Avropaya nəql olunan qazın həcmi AÇIQLANDI](https://bizim.media/file/articles/2022/01/21/1642752174_3.jpg)
- A-
- A
- A+
İqtisadiyyat
12:00 / 21.01.2022
Azərbaycandan Avropaya nəql olunan qazın həcmi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycandan Avropaya nəql olunan qazın həcmi AÇIQLANDI
Hazırda oxunan: Azərbaycandan Avropaya nəql olunan qazın həcmi AÇIQLANDI
56457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.