Neftin qiyməti ARTIR - Bir barel 200 dollara qədər bahalaşacaq

Neftin qiyməti ARTIR - Bir barel 200 dollara qədər bahalaşacaq

Hazırda oxunan: Neftin qiyməti ARTIR - Bir barel 200 dollara qədər bahalaşacaq

55730

Neft qiymətləri hasilata kifayət qədər sərmayə qoyuluşu olmadığından daha da yüksələcək. 

Bizim.Media xəbər verir ki, bunu ən uğurlu əmtəə hedcinq fondu menecerlərindən biri olan Doug King "Bloomberg"ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2008 və 2014-cü illərdə neft qiymətlərinin çökməsini "təxmin edən" və 2020-ci ildə kotirovkaların sıfırdan aşağı düşməsindən yararlana bilən Kingin fikrincə, yaxın gələcəkdə bir barel 100 dollara, üfüqdə isə (qarşıdakı beş ildə) 200 dollara qədər bahalaşa bilər. 

Əmtəə qiymətlərinin qalxmasının təklif yönlü problemlərlə bağlı olduğunu və 1970-ci illərdən bəri ən pis vəziyyət yaranacağını qeyd edən King əlavə edib ki, OPEC+ ölkələri gündəlik hasilat kvotasını hər ay 400 min barel artırsalar da, “əslində bazara daha az neft daxil olur”. Dekabrda kartelin hasilatı sutkada cəmi 250 min barel artıb.

Ən böyük istehsal edən ölkələrdən yalnız Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin ehtiyat hasilat gücü var.

Ər-Riyad sutkada 10,1 milyon barel neft hasil edir, Rusiya ilə qiymət müharibəsi zamanı hasilatı 12 milyon barelə çatdırdı və nəzəri olaraq ən çoxu 13 milyon barel hasil edə bilər. 
 

Menecer dünyanın ikinci ən böyük neft istehsalçısı olan Rusiyanın bazarı daha çox xammalla təmin edə bilmədiyini vurğulayıb.


Rusiyanın OPEC+ kvotası hər ay gündəlik 100 min barel artdığı halda, noyabrda neftçilər bu həcmin yalnız yarısını istifadə edə biliblər, dekabrda isə hasilat gözlənilmədən azalıb.

“Heç kimə sirr deyil ki, Rusiya öz zirvəsindədir və ya ona yaxındır. Aprelə qədər bazara çıxarmaq üçün daha çox əlavə barelləri olmayacaq”, - deyə King əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO