2021-ci ildə 752 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Onlardan 466 min nəfəri sosial müavinətlə, 286 min nəfəri Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Keçən il əhaliyə sosial müavinətlər üzrə 588 milyon manat, təqaüdlər üzrə əvvəlki ilə nisbətən 28% çox olmaqla 417 milyon manat ödənilib.
Son üç ildə müavinət və təqaüdlərin də elektron təyinatı sistemləri (24 növ e-təyinat sistemi) işə salınıb və ötən dövrdə 220 min, o cümlədən 2021-ci ildə 120 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:48 / 15.01.2022
Keçən il sosial müavinət və təqaüd ödənilən vətəndaşların sayı AÇIQLANDI
Hazırda oxunan: Keçən il sosial müavinət və təqaüd ödənilən vətəndaşların sayı AÇIQLANDI
Hazırda oxunan: Keçən il sosial müavinət və təqaüd ödənilən vətəndaşların sayı AÇIQLANDI
55522
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.