“Özümüzü buğda ilə tam təmin edə bilmirik. 3-3,4 milyon ton buğda istehlak edirik, onun cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün yerli televiziya kanallarına verdiyi müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Prezident qeyri-neft sektorundakı artımı DƏYƏRLƏNDİRDİ
“Əgər bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın. İlk növbədə məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 3,2 tondur. Əgər bu rəqəm 4-4,5 tona çatsa, bu mümkündür, çünki bəzi fermer təsərrüfatlarında 7, bəzilərində 6 tondur”, - deyə Prezident vurğulayıb.
Bizim.Media