Təbii fəlakətlər zamanı fermerin ziyanını kim ödəyəcək? – RƏSMİ CAVAB

Təbii fəlakətlər zamanı fermerin ziyanını kim ödəyəcək? – RƏSMİ CAVAB

Hazırda oxunan: Təbii fəlakətlər zamanı fermerin ziyanını kim ödəyəcək? – RƏSMİ CAVAB

54976

Təsərrüfatla məşğul olan insanların bir narahatçılığı da torpaq sığortası ilə bağlıdır. Saytımıza da daxil olan bəzi müraciətlərdə 10 hektardan çox torpaq sahəsi olan sahibkarlar bildiriblər ki, onlardan sığorta pulu tələb olunur. 

Lakin aqrar sahəni təmsil edənlər ödəmələri tərəddüd və qorxu ilə edirlər ki, birdən bu sistemin hüquqi əsası yoxdur.

Birdən ödədiyi pullar qeydə alınmaz və s. Ödəniş qəbzlərini dəlil kimi saxlayanlar da var. 

Bizim.Media olaraq oxucu sorğularına cavab tapmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynovla əlaqə saxladıq. Nazirlik rəsmisi bildirib ki, bu, Aqrar Subsidiya Şurasının qərarında yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Subsidiyaların verilmə vaxtı dəyişdirildi - Nazirlikdən ÖZƏL


Prezident İlham Əliyevin müvafiq fərmanında da qeyd olunub:

“10 hektardan artıq əkin sahələri icbari sığorta olunmalıdır. Əvvəl əkirdilər, yanğın olurdu, sel basırdı, dolu düşürdü və insanın məhsulu batırdı. Çəkdiyi əziyyət hədər olurdu. İndi isə ölkə üzrə sığorta sisteminin tətbiqinə başlanılıb. Belə ki, 10 hektardan çox əkin sahəsi olanlar subsidiya almaq üçün sığortalanmalıdır. Sığorta pulunun da 50 faizini biz ödəyirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO