Ötən il Azərbaycanda televiziya və radiolara ödənilən vəsait açıqlandı - MƏBLƏĞ

Ötən il Azərbaycanda televiziya və radiolara ödənilən vəsait açıqlandı - MƏBLƏĞ

Hazırda oxunan: Ötən il Azərbaycanda televiziya və radiolara ödənilən vəsait açıqlandı - MƏBLƏĞ

54260

Milli Televiziya və Radio Şurası ötən ilin maliyyə hesabatını açıqlayıb.

Bizim.Media xəbər verir ki, hesabat ilində illik plana əsasən dövlət büdcəsindən 1.659.538,50 (Bir milyon altı yüz əlli doqquz min beş yüz otuz səkkiz manat əlli qəpik) vəsait ayrılıb.

Ötən il ərzində büdcədən maliyyələşdirilmiş vəsait 1.480.177,71 (bir milyon dörd yüz səksən min yüz yetmiş yeddi manat yetmiş bir qəpik) vəsait təyinatı üzrə istifadə olunub.

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2021-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulan Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 4.000.000,00 (dörd milyon) manat vəsait ayrılmış və səkkiz özəl teleradio yayımçılarının hesabına köçürülüb.

Dövlət büdcəsindən maliyyələşmiş vəsaitdən 179.360,79 (bir yüz yetmiş doqquz min üç yüz altmış manat yetmiş doqquz qəpik) vəsait büdcəyə qaytarılıb.

Maliyyə və texniki nəzarət şöbəsi tərəfindən Dövlət büdcəsindən ayrılmış vəsaitə uyğun ştat cədvəli tərtib edilərək Maliyyə Nazirliyinə təqdim olunub. Müvafiq olaraq hər ayın əvvəlində tələbata və verilmiş limitə uyğun xərc maddələri üzrə Maliyyə Nazirliyinə sifariş, xəzinələrarası köçürmə sərəncamı, məxaric cədvəlləri təqdim olunmuş və nazirliklə razılaşdırıldıqdan sonra açılmış kreditdən istifadə olunub.

Milli Televiziya və Radio Şuası tərəfindən 15 fevral - 17 mart və 07 iyun - 07 iyul 2021-ci il tarixlərində elan edilmiş tender üzrə cəmi 2.600,00 (iki min altı yüz) manat büdcədənkənar vəsait daxil olub və bu vəsait dəftərxana ləvazimatlarının alınmasına sərf olunub, bundan başqa cari ildə verilmiş lisenziyalardan isə 1.620,00 (bir min altı yüz iyirmi) manat büdcədənkənar vəsait daxil olub.

Bu vəsaitdən 1.030,13 (bir min otuz manat on üç qəpik) işçilərə mükafat olaraq verilmiş, qalan vəsait isə əmək haqqından tutulmalara və bank xidməti xərclərinə sərf olunmuş, 2,83 (iki manat səksən üç qəpik) vəsait isə büdcəyə qaytarılıb.
 

2021-ci ilin yanvar ayından etibarən 8 saylı Xəzinədarlıq Agentyilinə növbəti ayın maliyyələşməsi açıldıqdan sonra malların (iş və xidmətlərin) alışı, kassa xərclərinin sifarişi və ödəniş tapşırıqları lazımi xərc və tələbata uyğun xəzinədarlığa təqdim olunub.


Milli Televiziya və Radio Şurası 01 noyabr 2021-ci il tarixli 010 saylı Sərəncamına əsasən 30.12.2021 tarixinə mal-material qiymətlilərinin inventarizasiyası aparılıb, köhnəlmiş, istifadəyə yararsız inventarlar, mal-materiallar dəyərlilərinin silinməsi aktı tərtib olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO