“Bank sektoru 2021-ci ili olduqca müsbət nəticələrlə başa vurdu. Belə ki, ilin əvvəlindən aktivlərin həcmi 11,1% artaraq 2021-ci ilin noyabr ayının sonuna 35,6 milyard manat təşkil edib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin İcraçı Direktoru Yunus Abdulov report-a müsahibəsində səsləndirib.
Onun sözlərinə görə, bankların verdiyi kreditlərin qalıq məbləğindəki artım isə daha sürətli olub, ötən ilin ilk 11 ayı ərzində 14,6% artaraq 16,3 milyard manata yüksəlib:
“Kredit portfelinin problemli hissəsi isə 5%-lik həddən aşağı enib, 786,3 milyon manatla portfelin cəmi 4,7%-ni təşkil edib.
Maliyyə institutları istisna olmaqla, banklarda yerləşdirilmiş depozitlərin həcmi isə 2021-ci ilin noyabr ayının sonuna 24,7 milyard manat təşkil edir. Başqa sözlə, hüquqi və fiziki şəxslərin banklarda yerləşdirdikləri vəsaitlərin məbləği il ərzində 19,4% artıb. Fiziki şəxslərin banklara yerləşdirdiyi əmanətlərin məbləği isə artıq 9 milyard manatı keçib, il ərzində isə 10,7%-lik artım göstərib”.
Yunus Abdulov hesab edir ki, bankların balans kapitalı da 5 milyard manatlıq həddin astanasına çatıb:
“Bununla yanaşı, sektor üzrə kapital adekvatlığı göstəricisi normanı 2 dəfə üstələməkdədir.
11 ay ərzində bankların xalis mənfəəti isə 614,1 milyon manat təşkil edir ki, bu 2020-ci ilin noyabr ayına nisbətdə 12%, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 7,2% çoxdur.
2021-ci ilin noyabr ayının sonuna bank işçilərinin sayı 20 min nəfəri ötüb, filial sayı 474 (yeni 19 filial), bankomat sayı 2 882 (yeni 167 ATM) təşkil edib”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:17 / 05.01.2022
"Bank sektorunda kapital adekvatlığı normadan 2 dəfə çoxdur" - Yunus Abdulov
Hazırda oxunan: "Bank sektorunda kapital adekvatlığı normadan 2 dəfə çoxdur" - Yunus Abdulov
Hazırda oxunan: "Bank sektorunda kapital adekvatlığı normadan 2 dəfə çoxdur" - Yunus Abdulov
53970
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.