Rusiyada əmək miqrantları qorxuya düşüb - Saxta qeydiyyatdan keçməyəcəklər

Rusiyada əmək miqrantları qorxuya düşüb - Saxta qeydiyyatdan keçməyəcəklər

Hazırda oxunan: Rusiyada əmək miqrantları qorxuya düşüb - Saxta qeydiyyatdan keçməyəcəklər

53957

Rusiyada əmək miqrantları saxta qeydiyyatla bağlı daha az qanun pozuntusuna yol verməyə başlayıblar. Belə ki, 2021-ci ildə 2020-ci illə müqayisədə belə sui-istifadə hallarının sayında azalma müşahidə olunub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, ötən ilin 11 ayı ərzində əcnəbilərin qondarma qeydiyyatı ilə bağlı hüquqpozmaların sayı təxminən 16 faiz azalıb.

“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 322.3-cü maddəsi (“Xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyasında olduğu yer üzrə qondarma qeydiyyatı”) ilə 27 mindən çox cinayət müəyyən edilib”.

İndi miqrantların qondarma qeydiyyatına görə əcnəbi vətəndaşları 100 min rubldan 500 min rubla qədər cərimə, həmçinin üç ilədək həbs cəzası gözləyir. Pandemiya dövründə Rusiyada qalan 1 milyondan çox miqrant bu ölkədə hüquqi statusunu təyin edib.

Xatırladaq ki, 2022-ci il yanvarın 1-dən qeyri-qanuni miqrantlar hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərsə, cərimə olunacaqlar və geri qayıtmaq hüququ olmadan Rusiyadan çıxarılacaqlar.
Rusiya prezidenti Vladimir Putinin xarici işçilər üçün tətbiq etdiyi müvəqqəti tədbirlərin müddəti 2021-ci il dekabrın 31-də başa çatıb.

Bundan əlavə, 29 dekabr 2021-ci il tarixindən etibarən Rusiyaya 90 gündən artıq gələn əcnəbilərin barmaq izi alınmalı və fotoşəkilləri çəkilməlidir. Bu prosedurlar 3 ay ərzində tamamlanmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO