Təmir işləri ilə əlaqədar "Koroğlu” stansiyasının "piramida" adlandırılan giriş-çıxışı 2018-ci il aprel ayının 21-dən müvəqqəti olaraq bağlanır.
Sfera.az xəbər verir ki, bu haqda "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, stansiyanın digər bütün giriş-çıxışları ("Alov" parkı, Nəqliyyat Mübadilə Mərkəzi, Milli Gimnastika Arenası, avtomobil dayanacağı, şəhərətrafı kənd və qəsəbələrə hərəkət edən elektrik qatarları istiqamətində) açıq olacaq:
"Yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyirik”.
Nigar Məhərrəm
Sfera.az