Son dövrlərdə Azərbaycanda qaz hasilatı ilbəil daha da artır. Xüsusilə də, yeni qaz layihələri ilə bağlı əməkdaşlıqların genişlənirilməsi və Avropa bazarına Azərbaycan qazının çıxış imkanlarının genişləndirilməsi 2022-ci il üçün sözügedən sahədə gözləntiləri daha da artırıb.
2022-ci ildə Azərbaycanda qaz hasilatının həcmi nə qədər olacaq?
Bu sualı Bizim.Media üçün cavablandıran energetika eksperti İlham Şabanın fikrincə, gələn il Azərbaycanda qaz hasilatı daha da artacaq:
“2021-ci ildə əmətəəlik qaz hasilatı 32 milyard kubmetr oldusa, 2022-ci ildə bu göstəricinin 2 milyard kubmetr artaraq, 34 milyard kubmetrə çatması proqnozlaşdırılır. Doğrudur, artım tempi bu illə müqayisədə, daha aşağı olacaq. Lakin yenə də artım müşahidə edəcəyik”.
Ekspertin sözlərinə görə, Avropaya qaz ixracının artması ümumi hasialtın həcminə də təsirsiz ötüşməyəcək.
“Avropadakı istehlakçılara 9 milyard kubmetr qaz ixrac etməyə imkan yaradacaq. Cari il üçün bu rəqəm 7,5 milyard həcmində idi”, - deyə İlham Şaban qeyd edib.
Ekspert, qaz sənayesi ilə bağlı 2022-ci ildə reallaması gözlənilən regional layihələrdən də danışıb:
“Baxmayaraq ki, Azərbaycan qaz hasilatını kifayət qədər artırır, eyni zamanda 2022-ci ilin əvvəlindən etibarən İran üzərindən Türkmənistan qazının idxalı da proqnozlaşdırılır. Bundan əlavə, ola bilər ki, təkcə türkmən qazı deyil, Rusiya qazını da idxal edək (mövsümi olaraq, SWAP). Çünki Azərkontraktın “Qazprom Export” şirkəti ilə imzalanmış müqaviləsi var. Bu müqavilədə 2 milyard kubmetrlik qaz idxalı nəzərdə tutulur”.
Murad Əhmədov, Bizim.Media